Accessibility links

Əfqanıstanda yaraqlılara qarşı hərbi əməliyyatlar davam edir


Əfqanıstandan alınan məlumatda deyilir ki, NATO ordusu və Əfqanıstan polisi bu gün ölkənin Paktika vilayətində yaraqlılara qarşı birgə hücumlar həyata keçirmişlər. Lakin ölənlərin sayı haqda məlumatlar ziddiyətlidir. Paktika inzibati hökumətinin sözçüsü Həmidulla Svak Pakistan sərhədi yaxınlığında quru və hava hücumları zamanı 34 yaraqlının öldürüldüyünü bildirib. Birləşmiş Ştatlar ordusunun sözçüsü isə əməliyyatlar barədə məlumatı təsdiq edərək, ölən yaraqlıların sayının 29 nəfər olduğunu və bir NATO əsgərinin yaralandığını deyib. NATO-nun digər bir xəbərində isə deyilir ki, Əfqanıstanın cənubunda yol kənarına yerləşdirilmiş bomba partlayışı bir əsgərin ölümünə səbəb olub.

XS
SM
MD
LG