Accessibility links

Amnesty İnternational illik hesabatını açıqlayıb


Qlobal maliyyə böhranı dünyanın pulsuz hökumətləri tərəfindən yoxsulluq və işsizliyə etiraz edən insanlara qarşı təzyiqlərin artırmasına səbəb olub. Bu, Amnesty İnternational təşkilatının illik hesabatında bildirilir. Təşkilatın direktoru Larri Kosun dediyinə görə, diqqətlər maliyyə problemlərinin həllinə yönəldiyi bir vaxt bir çox yerlərdə insan hüquqları durumun qurbanına çevrilib.Çin, Latın Amerikası və Afrika ölkələrində artmaqda olan iztirablarına etiraz edənlərə qarşı rəsmi repressiyalar hökm sürür.

Dünya ölkələri iflasa uğramış nəhənglərin xilasına çalışarkən, yoxsulluq piramidasının ən aşağı zümrəsinin vəziyyəti ağır olaraq alır. İnsan hüquqları təşkilatı Amerikanı başının iqtisadiyyata qarışması ilə bu ölkənin insan hüquqlarının bügünkü durumuna diqqət yetirmədiyində gühanlandırır.

Təşkilatın direktoru Larri Kos ABŞ-ın Guantanamo məhbəsinin bağlanması qərarını insan hüquqları sahəsində mühüm addım kimi qiymətləndirib. Amnesty İnternationalın direktoru Larri Kos xəbərdarlıqla çıxış edərək bildirib ki, dünyanın insan hüquqları sahəsindən diqqətini yayındırması ilə, iqtisadi böhran aradan qalxsa belə, vəziyyətdən doğan ciddi problemlərin həlli mümkün olmayacaq.

Hesabatın Azərbaycana həsr edilmiş hissəsində 2008-ci ildə də, əvvəllər olduğu kimi, ifadə azadlığının kəskin şəkildə məhdudlaşdırıldığı deyilir.

XS
SM
MD
LG