Cənubi
Koreyanın Yonhap xəbər agentliyi bildirir ki, Şimali Koreya şərq sahilindən
növbəti dəfə qısa mənzilli raket atıb. Bu, bazar ertəsi baş verən nüvə sınağından bəri
6-cı dəfədir ki, kommunist dövləti raket atır.
Bir neçə saat öncə Pxenyan BMT Təhlükəsizlik Şurası tərəfindən
təxribatlara məruz qaldığı təqdirdə özünümüdafiə ölçüləri götürəcəyini bəyan
etmişdi.Xarici İşlər Nazirliyinin bəyanatında
deyilir ki, Təhlüksəzilik Şurası tərəfindən atılan antaqonist addım 1953-cü ildə
Koreya Müharibəsini bitirən sazişin ləğvi demək olacaq.BMT Təhlüksəzilik Şurasının beş daimi üzvü
bağlı qapılar arxasında bir araya gələrək Şimali Koreyanın son atom sınağı ilə
bağlı mümkün tədbirləri müzakirə ediblər.
Sanksiyalara silah embarqosunun genişləndirilməsi və maliyyə imkanlarına
əlavə məhdudiyyətlərin qoyulması daxildir.