Accessibility links

ABŞ və Əfqan hərbi qüvvələri yaraqlılara qarşı əməliyyatları birgə keçirirlər


Birləşmiş Ştatların hərbi qüvvələri ABŞ və Əfqanıstan təhlükəsizlik qüvvələrinin Əfqanıstanın şərqində 35 yaraqlını öldürdüyünü və 13-nü yaraladığını bildirir.Hərbi qüvvələrin bəyanatında deyilir ki, yaraqlılar koalisiya qüvvələrinin cavab atəşi açması və havadan zərbə endirməsindən öncə Zabul vilayətində əfqanların patrulu pusquya salınıb. Bəyanatda qeyd edilir ki, saxlanma məntəqəsində aparılmazdan öncə koalisiya qüvvələri yaralanmış yaraqlılara tibbi yardım göstərib. Koalisiya qüvvələri, ya da mülki əhali arasında xəsarət barədə məlumat verilməyib.

XS
SM
MD
LG