Accessibility links

ABŞ nümayəndə heyəti Asiyaya yola düşüb


ABŞ hökumətinin nümayəndə heyəti Şimali Koreyanın son nüvə sınağına cavabı müzakirə etmək üçün bu həftə Asiyaya yola düşür. Bu gün Birləşmiş Ştatlar Dövlət katibinin müavini Ceyms Steynberq Yaponiyaya çatıb. Nümayəndə heyətinə Maliyyə Nazirliyinin Terrorizm və Maliyyə kəşfiyyatı üzrə müavini Stuart Levi də daxildir. ABŞ-ın Şimali Koreya ilə bağlı xüsusi nümayəndəsi Stefen Bosvorsun da danışıqlarda iştirak edəcəyi gözlənilir. Nümayəndə heyəti Yaponiyadan Cənubi Koreya, Çin və Rusiyaya yola düşəcək. Bu ölkələr Şimali Koreyanın nüvə proqramına dair dalana dirənmiş danışıqların iştirakçılarıdır. Dünən ABŞ müdafiə naziri Robert Geyts deyib ki, Vaşinqton nüvə silahına malik Şimali Koreyanı qəbul etməyəcək.

XS
SM
MD
LG