Accessibility links

Hollivudu kino mərkəzi edən şəxs - Sesil Demil (Audio)


Hollivudun adını eşidəndə ehtimal ki ilk olaraq işıqlar, kameralar, kino ulduzlar və eyləncələrlə dolu bir yer haqda düşünürsünüz. Əyləncə biznesi dünyasında vacib insanlar yalnız tanınmış aktyorlar deyil. Bu gün Hollivudda çoxsaylı prodüser və direktor fəaliyyət göstərir. Buna baxmayaraq, onlardan çox azı Hollivudun ilk film bizinesmenləri Sesil Demil, Samuel Qoldvin və Louis Mayer kimi müvəffəq və məşhurdurlar. Bu insanlarHollivudun film mərkəzi olmasına kömək ediblər. Onlardan biri Sesil Demil haqda məlumat veririk.

Sisil Blount Demil 1881-ci ildə Massaçusets ştatının Aşfield şəhərində anadan olub. Onun hər iki valideyni tamaşa üçün ssenari yazırmış.12 yaşında olarkən atası dünyasını dəyişir və anası teatr şirkəti yaradaraq ailəni bir yerdə saxlayır. Sesil şirkətə aktyor qismində qatılır.

1913-cü ilə kimi o, anasının şirkətinə aktyor və menecer kimi çalışır. Həmin il Sesil Cesse Laski Tamaşa Kompaniyasını yaratmaq üçün Cesse Laski və Samuel Qoldfişə qoşulur. Daha sonra Qoldfiş adını dəyişdirərək Samuel Qoldvin edir.

Onlar dərhal bədii filmin hazırlanmasına başayırlar. Onlar kino biznesində işləməkdən həzz alır. Laski, Qoldfiş və Demil yaradıcılıq və maliyyə imkanları barədə düşünür. Onlar Amerika qərb tamaşası olan “Squaw man”ın bədii film versiyası üzərində işləyirlər. Sesil təkid edir ki, kino real Amerika Qərbində hazırlansın. O, Arizona ştatının Flaqstaf şəhrini seçir. Demil və şirkət Flaqstafa qatarla gedir. Oraya çatanda Demil ərazinin həddən artıq müasir olduğunu görür. Onlar qarata geri qayıdır və son dayanacağa kimi səfər edirlər. Onlar kaliforniyanın cənubunda kiçik bir sakit şəhərə çatırlar...
Şəhər Hollivud adlanırdı. Demil qərara alır ki, bura filmin çəkilişləri üçün mükəmməl yerdir.

“Squaw Man” filmi Hollivudda hazırlanan ilk tam ölçülü kinolardan biridir. 1913-cü ildə buraxılan bu film qısa vaxt kəsiyində böyük uğur qazanır. Demil Hollivudun kino biznesi mərkəzi olmasına kömək edən şəxs hesab edilir.

O tezliklər yeni film sənayesdində yaradıcı qüvvəyə ,evrilir. Onun uğuru “Brewsters millions”, “The call of the North” və “The Trail of the Lonesome Pine” kimi kinolarla davam edir.

O zaman cəmi bir neçə kino yaradıcısının adı filmin adından öndə çəkilirdi. Sesil Demil də onlardan biri idi. Onun adı kino həvəskarlarına filmdə iştirak edən ulduzlardan daha önəmli idi. Demilin filmləri zəngin görüntüləri ilə tanınırdı. O, çoxlu döyüş, triller səhnələrini birləşdirir və yüzlərlə aktyorun iştirakına şərait yaratmaqla Hollivudun ən yaxşı filmlərini ərsəyə gətirirdi. O,qərb, komediya və romantika kimi müxtəlif üslublu çoxsaylı kino lentə alıb.

Sesil epik janrlı filmlərdən də böyük uğur qazanıb. Epik janr tarixi hadisələrin hekayətlərindən bəhs edən film janrıdır. Demilin epik filmləri amerikalıların qərbdə məskunlaşması, Roma tarixi və İncildən olan hekayətlərə əsaslanır. Onun ilk tarixi janrda olan filmi “The Ten Commandments” 1923-cü ildə sakit kinolar arasında böyük uğur qazanır. 1956-cı ildə o bu filmin yeni – səsli versiyasını buraxır. Film bu gün də Xristianların Pasxa bayramında Amerika telekanallarında nümayiş etdirilir.

Sesil Demilin 70 filmi olub. 1945-ci ildə o, “37 illik möhtəşəm şoumenliyə” görə xüsusi oskar mükafatı alıb. Demil 1959-cu ildə ürək çatışmazlığından dünyasını dəyişib.

Karifeyin ən son filmlərindən biri “The Greatest Show on Earth” olur. Bu film 1952-ci ildə ən yaxşı film kateqoriyasında Oskar mükafatına layiq görülüb. Bu kino sirkdə nömrələr göstərən insanlara həsr olunub.

XS
SM
MD
LG