Accessibility links

ABŞ prezidenti bu gün Yaxın Şərq və Avropaya 5 günlük səfərə çıxır


ABŞ prezidenti Barak Obama bu gün axşam Vaşinqtonu tərk edərək, Yaxın Şərq və Avropaya səfərə çıxır.

Beş gün sürəcək səfər zamanı cənab Obama müsəlman dünyasına müraciət çıxışını edəcək, Avropada müttəfiq qüvvələrin İkinci Dünya müharibəsi dövrü əməliyyatlara başlamasının 65-ci ildönümünü münasibətilə mərasimdə iştirak edəcək və Birləşmiş Ştatların Səudiyyə Ərəbistanı, Almaniya və Fransada əsas müttəfiqlərilə görüşəcək.

ABŞ prezidenti əvvəlcə Səudiyyə Ərəbistanının paytaxtı Riyadda olacaq və sabah Səudiyyə Ərəbistanı kralı Abdulla ilə görüşəcək. Prezident bundan sonra Qahirəyə səfər edəcək, Qahirə universitetində müsəlman dünyasına uzun müddətdir gözlənilən müraciət çıxışını edəcək.

Ağ Evdən bildirilir ki, cənab Obama ABŞ-ın müsəlman dünyası ilə münasibətləri yaxşılaşdırmaq fikrinə sadiq qaldığını vurğulayacaq. ABŞ prezidentinin İsrail-Fələstin münaqişəsi haqda danışacağı, habelə dini ekstremizm və müsəlman dünyasında zorakılıq kimi məsələləri ünvanlayacağı gözlənilir.

XS
SM
MD
LG