Accessibility links

Sarkozi sabah İranın xarici işlər naziri ilə görüşəcək


Fransa prezidenti Nikola Sarkozi İranın nüvə proqramını müzakirə etmək üçün sabah bu ölkənin xarici işlər naziri Manuçehr Mottəki ilə görüşməyi planlaşdırır.

Cənab Sarkozinin ofisinin bildirdiyinə görə görüş Parisdə təşkil olunacaq.

Tərəflər Böyük Altılığın İrana bu ölkənin nüvə planları ilə əlaqədar təklif etdiyi dialoqun bərpası məsələsini müzakirə edəcəklər.

ABŞ, Britaniya, Çin, Fransa, Almaniya və Rusiya İrana uzanın zənginləşdirilməsini təxirə salmaq əvəzinə stimullaşdırma paketi təklif ediblər.

Qərb ölkələri Tehranın nüvə silahlarını inkişaf etdirməsi ehtimalından narahatdırlar. Tehransa nüvə proqramının dinc mahiyyətli olduğunu deyir.

XS
SM
MD
LG