Accessibility links

Aviqdor Liberman: 'İsrail İrana hücum etməyəcək'


İsrail xarici işlər naziri Aviqdor Libermanın sözlərinə görə, onun ölkəsinin İranı bombalamaq planı yoxdur. Liberman bu gün Moskvada jurnalistlərə deyib ki, İsrailin İrana hücum etməsinə ehtiyac yoxdur və güclü ölkə olan İsrail özünü müdafiə edə bilər. Xarici işlər naziri əlavə edib ki, İran yalnız İsrail üçün deyil, bütün Yaxın Şərq üçün böyük problemdir və İsrail bu problemin həlinə çalışan yeganə ölkə olmayacaq. Liberman Rusiyaya səfəri zamanı bu açıqlamaları verib. Tel-Əviv dəfələrlə İranın nüvə proqramını İsrailin mövcudluğuna hədə kimi göstərib. Ölkənin baş naziri Benyamin Netanyahu Vaşinqtona səfəri zamanı ABŞ rəsmiləri ilə İran məsələsini müzakirə edib.
XS
SM
MD
LG