Accessibility links

Sankt-Peterburq şəhərində Beynəlxalq Iqtisadi Forum işini davam etdirir


Bu gün Rusiyanın Sankt-Peterburq şəhərində Beynəlxalq Iqtisadi Forum işini davam etdirir. Rusiya prezidenti Dmitri Medvedyev bugünkü tədbirin açılışında taxılın istehsalı və ticarətində yeni beynəlxalq siyasətin tətbiqinə çağırıb. Prezident deyib ki, ixracatçı ölkələr taxıl bazarlarında qiymətlərin sabitliyinə dəstək verməlidir.

Rusiya prezidenti Medvedyev keçən il Yaponiyada Böyük Səkkizliyin sammiti zamanı bu sahə ilə bağlı ayrı bir sammit keçirilməsini təklif etmişdi. Sank-Peterburq görüşü bununla əlaqədər ilk tədbirdir. Beynəlxalq Iqtisadi Forumun iştirakçıları qlobal ərzaq təhlükəsizliyi, texnologiyası və taxıl kartelinin təşkili kimi bir sıra məsələləri də müzakirə edib.

XS
SM
MD
LG