Accessibility links

Fidel Kastro casusluq ittihamını "gülünc" adlandırır


Sabiq Kuba lideri Fidel Kastro deyir ki, Kuba üçün casusluq etmiş iki Amerikalının məsələsi “gülüncdür.” Kubanın internet səhifəsində nəşr etdiyi essedə cənab Kastro ABŞ rəsmiləri tərəfindən sabiq Dövlət Departamenti rəsmisi və onun həyat yoldaşına qarşı irəli sürülmüş ittihamları nə təsdiq, nə də təkzib edib. ABŞ rəsmiləri cütlüyü 30 il Kubaya casusluq etməkdə və 1995-ci ildə Kuba prezidenti Fidel Kastro ilə görüşməkdə ittiham edir. Cənab Kastro cütlüklə görüşünü xatırlamadığını deyir. Valter Kendall Mayers və Qvendolin Staynqraber Mayers Cümə günü federal məhkəmədə Kuba hökumətinin agentləri olmaları və Havanaya məxfi məlumat ötürmək barədə ittihamnaməni rədd ediblər.
XS
SM
MD
LG