Thomas Erdbrink Vaşinqton Post qəzetinin dünənki, nömrəsində dərc olunan məqaləsini Fars vilayətinin Dəsdi Ərzhan qəsəbəsindən göndərib. “Kənd yerlərinin loyallığı dəyişə bilər” başlıqlı məqalədə qeyd edilir ki, İran prezidenti qəsəbə əhalisinin dəsdəyini itirir. Məqalədə deyilir ki, 2005-ci il prezident seçkilərində Əhmədinejadı ən çox dəstəkləyən Fars və İranın başqa mərkəzi vilayətləri idi. Həmin seçkilərdə İnqilab Keşikçiləri və Bəsiclərin Əhmədinejad üçün xalq arasında apardıqları kampaniyanın rolu böyük olub.
Kənd yerlərində Əhmədinejadı himayənin hələ də güclü olduğu iddialarına baxmayaraq, Dəsdi Ərzhan əhalisinin çoxu cümə günü seçkilərdə Əhmədinejadın ən güclü rəqibi Mir Hüseyn Musəviyə səs verəcəklərini deyirlər. Müəllif yazır ki, Əhmədinejadın yoxsulların vəziyyətinin yaxşılaşdırılması istiqamətində yeritdiyi siyasətə, maaşların, pensiyaların artırılmasına və 22 milyon İranlının tibbi sığortayla təmin olunmasına hətta əhaliyə nəqd pul paylanmasına baxmayaraq işsizlik və inflyasiya bu siyasətlərin təsirini aradan götürüb.
Qəsəbənin sakinlərindən Əli Qurbani deyir ki, Əhmədinejadın verdiyi sözlərə baxmayaraq o hələ də işsizdir.
Əhmədinejadın güclü rəqibi Musəvinin şəkillərini isə qəsəbənin hər yerində görmək mümkündür. Keçmiş baş nazir əhaliyə daha geniş azadlıqlar və iqtisadiyyatın daha yaxşı idarə olunmasını vəd edir.
Britaniyanın Telegraf qəzeti isə yazır ki, Əhmədinejad ikinci tur seçkilərdə iştirak etməli olacaq. Kolin Frimanın Tehrandan göndərdiyi məqalədə deyilir ki, İranın tarixində həlledici rol oynayacaq seçkilərə beş gün qalmış agressive anti-qərb mövqei ilə həm islahatçıları həmdə müttəfiqi olan mühafizəkarları özündən uzaqlaşdıran Əhmədinəjad güclü müxalifətlə üz-üzədir.
Diplomatlar isə yaxın şərqin gələcəkdəki sabitliyində həlledici rol oynayacaq seçkiləri şərh etməkdə çətinlik çəkirlər. Bununla yanaşı onlar, namizedlərdən heç birinin birinci turda qələbə çala bilməyəcəyini Əhmədinejadla Musəvinin ikinci turda yarışacaqlarını gözləyirlər.
Məqalədə Əhmədinejadla Mehdi Kərrubi arasında keçirilən debata da yer verilir. Qarşılıqlı olaraq şuarların və güclü ittihamların irəli sürüldüyü debatda Əhmədinejadın 25 faizlik inflyasiyaya baxmayaraq iqtisadiyyatın yaxşı vəziyyətdə olduğu iddiasını Kərrubi qeyri-dürüstlük adlandıraraq yalan danışmağın günah olduğunu xatırladıb.
Nyu York Tayms qəzetinin bu günkü nömrəsində isə yazılır ki, seçki gününün yaxınlaşdığı bir zamanda namizədlərin bir- birlərini tənqidləri də sərtləşir. Onlar bir-birlərini korrupsiya, rüşvət və işkəncədən istifadədə ittiham edir.
Robert Vorth tehrandan göndərdiyi məqaləsində yazır ki, kampaniyada rəqabətin İranda indiyə qədər görülmədik şəkildə kəskinləşməsinin səbəbi, qismən Mir Hüseyn Musəvinin kampaniyasının gətirdiyi enerji və yaratdığı maraqla bağlıdır. İndi musəvinin mitinglərdində onminlərlə insan iştirak edir və ən son keçirilən geyri rəsmi rəy sorğusunun nəticəsinə görə onu himayə edənlərin nisbəti 54 faizə qalxıb, Əhmədinejadı himayə isə 39 faizə düşüb.
Robert Vurt yazır ki, seçkkilərdə gərginliyin artmasının əsas səbəbi Əhmədinejadın ritorikası, rəqiblərini və onların tərəfdarlarını qəzəbləndirən hücumlarıdır belə ki, Musəvinin xanımı Əhmədinejadı böhtana görə məhkəməyə verməkdə hədələyib. Əjmədinejadın debat vaxtı, hörmətli bir siyasətşünas olan Xanım Zəhra Rahnavardın şəklini göstərərək onun magistratura proqramına imtihansız qəbul olunduğunu və üniversitetin başqa qaydalarını pozduğunu irəli sürməsi bəzi tamaşaçılar arasında şox təsiri yaradıb.
Çoxlu İranlı İnanır ki, televiziya ilə translasiya edilən debatlar seçkilərdə dönüş nöqtəsi olub. Əhmədinejadın tənqidləri qarşısında televiziya debatında Musəvi də onunun xarici siyasətini əsaslı təngid edib. Musəvi isə baş nazirliyi vaxdında baş vermiş hadisələrə görə təngid olunub.
Məqalədə yazılır ki, seçki kampaniyasının səbəb olduğu ab-hava İranda indi xalq arasında əvvəlcə mümkün olmayan təngidlərin səslənməsinə şərait yaradıb.