Accessibility links

Livandakı  parlament seçkilərində qərbyönümlü  koalisiya qalib gəldi


Livan rəsmiləri dünən parlament seçkilərində qərbyönümlü koalisiyanın qalib gəldiyi barədə xəbəri təsdiq edib. Livanın daxili işlər naziri Ziyad Barud 128 yerlik parlamentdə qərbyönümlü koalisiyanın 71, Suriyanın dəsdəklədiyi Hizbullahın isə 57 yeri əldə etdiyi barədə bəyanat verib.

Parlamentdə yerlərin çoxunu əldə edən Saad Əl-Həriri gələbəsini elan etdiyi dünənki günü demokratiya günü adlandırıb. Hizbullah və müttəfiqləri qərbyönümlü koalisiyanın 128 yer olan parlamentdəki əksəriyyətinə son qoymağı ümid edirdi.

XS
SM
MD
LG