Accessibility links

ABŞ hərbi dəniz qüvvələri qəzaya uğramış Fransa təyyarəsinin qara qutusunun tapılmasına kömək edir


ABŞ hərbi dəniz qüvvələri keçən həftə Atlantik okeanında qəzaya uğramış təyyarənin qara qutusunun tapılmasına kömək məqsədilə Braziliyada Fransa gəmisinə yüksək texnoloji cihazlar çatdırıldığını bildirir. Bu cihazlar 6 min 100 metr dərinliyində siqnalları aşkar etmək qabiliyyətinə malikdir. Təyyarənin qara qutusunun tapılması qəzanın səbəblərini araşdırmaq üçün olduqca mühümdür.

Braziliyanın hərbi qüvvələri Fransa hava yollarına məxsus təyyarənin həlak olan 228 sərnişinin 17-snin cəsədinin tapıldığını bildirir. Hərbi qüvvələr həmçinin bildirib ki, suda təyyarənin daha çox qalıqları tapılıb.

Fransa təhqiqatçıları bildirir ki, tufanlı hava şəraitində qəzaya nəyin səbəb olduğu haqda nəticə çıxarmaq hələ tezdir. Bununla belə, onlar təyyarənin sürəini müəyyən edən cihazların sıradan çıxdığını təxmin edirlər. Sürət sensorları sıradan çıxdıqda pilot təyyarəni ya daha yüksək, ya da daha aşağı sürətlə idarə edir ki, bu da fəlakətlə nəticələnə bilər.

Təhqiqatçıların bildirdiyinə görə, təyyarənin istehsalçısı olan Airbus A 330 tipli təyyarələrdə sürət sensorlarının dəyişdirilməsini tövsiyə edib.

XS
SM
MD
LG