Accessibility links

ABŞ-a Guantanamodan ilk məhbus gətirildi


Birləşmiş Ştatlar rəsmiləri Quantanamo bazasında saxlanılan ilk məhbusu mühakimə olunmaq üçün ABŞ-a gətiriblər. Ədliyyə nazirliyinin rəsmiləri bildirir ki, Əl-Qaidə sui-qəsdçisi Əhməd Gaylani 1998-ci ildə ABŞ-ın Afrikada səfirliklərində 224 insanın ölümülə nəticələnmiş bomba hücumları həyata keçirmək ittihamları ilə məhkəmə qarşısına çıxarılmaq üçün Nyu Yorka gətirilib.

Tanzaniyalı Gaylaniyə qarşı amerikalıları qətlə yetirmək üçün Üsəma Bin Laden və Əl-Qaidənin digər üzvlərilə sui-qəsd hazırlamaq və bomba hücumları zamanı həlak olmuş hər bir insanın ölümünə görə ittihamlar daxil olmaqla, 286 ittiham irəsli sürülüb. Avqustun 7-i Keniya və Tanzaniyada hücumlar zamanı ölənlərin12-i amerikalı idi.

Gaylani ABŞ-ın mülki məhkəməsində mühakimə olunacaq ilk Quantanamo məhbusudur. Məhkəmə prezident Obamanın 2010-cu ilin yanvar ayına qədər Quantanamo məhbəsini bağlayıb orada saxlanılan məhbusların mühakimə olunması planı üçün mühüm sınaq hesab edilir.


XS
SM
MD
LG