Accessibility links

Qərb jurnalistləri İranda seçki kampaniyası barədə


Ötən günlərdə İran küçələrində cərəyan edən hadisələri bəzi Amerika jurnalistləri də izləmək imkanı əldə edib. The Nation məcmuəsindən Robert Dreyfus həm prezident Mahmud Əhmədinejadın tərəfdarlarının nümayişində, həm də islahatyönümlü Mir Hüseyn Musəvinin davamçılarının tədbirlərində iştirak edib. Aşkar etdiyi təzad Dreyfusda dərin təəssürat bağışlayıb. Əhmədinejadın məscidə toplaşmış tərəfdarları qəzəb, ksenofobiya və konspirasiya nəzəriyyələri püskürür və dini ekstaz nümayiş etdirirdilər. Lahecandan olan 42 yaşlı molla prezidenti onun anti-superqüdrət, anti-sionist və bütün dünya üçün dini hökumət yaratmaq istədiyinə görə dəstəklədiyini bildirir. Bunları deyərkən onda hədsiz əda və bütün həqiqəti bilən adam xüsusiyyətləri canlanır. Az sonra “Amerikaya Ölüm!”, İsrailə Ölüm!” çığırtıları ətrafı bürüyür. Buradan fərqli olaraq Musəvinin tərəfdarlarının keçirdyi tədbirdə heç kəsə ölüm arzulanmır. Musəvinin mitinqinə toplaşan qadınlar modalı, dikdaban ayaqqıb, cins geyən adamlardır. Əhmədinejadın nümayişində isə başdan ayağa qaraya bürünmüş qadınlar kişilərdən ayrılıb. Əhmədinejadın bazası ona sitayiş edir, və İrana qarşı qaranlıq qəsd planlarına inanır. Musəvinin tərfədarları isə nitəcəyə inamlıdırlar. Hətta bəzi üləma xadimlərinin də Əhmədinejada qarşı çevrildiyi deyilir. Ayətulla Yusef Sanei öz davamçılarına teks mesaj göndədərək onları yalançı Əhmədinejada səs verməməyə çağırıb. Dreyfusun qənaətinə görə türklərin məskunlaşdığı Azərbaycan, ərəblərin yaşadığı Xuzistan və başqa qeyri-Fars vilayətlərində də insanların böyük əksəriyyəti Mir Hüseyn Musəviyə səs verəcək.

New York Times jurnalisti Erik Etheridge yazır ki, İranın siyasi xəritəsinə baxdıqda kosmopolit şəhərlərlə kənd yerləri arasında ciddi fərq nəzərə çarpır. Təbriz, Tehran, İsfahan və Şirazda sakinlərin böyük əksəriyyəti Musəviyə dəstək verir. Hətta İran mühafizəkarlarının istehkamı sayılan Qum şəhərində də inqilabi dəyişikliyin işartıları görünməkdədir. Qum şəhərinin içərisində divarları Əhmdniejadın plakatları və şəkilləri örtüb. Qumun mühafizəkar 14 din xadimi bəayanat verərək siyasi qarşıdurmanın ölkənin imicinə xələl gətirdiyini söyləyiblər. Başqa bir qrup isə zorakılıq baş verdiyi halda bunun üçün keçmiş prezident və Əhmədniejadın rəqibi Əli Əkbər Haşemi Rəfsəncaninin məsuliyyət daşıyacağını bildirir. Lakin şəhərin civarındakı idman mərkəzində Mir Hsüyn Musəvinin yaşıla bürünmüş tərəfdarları – qızlar və oğlanlar seçki kampnaiyasından çox rok konsertini xatırladan tədbirə toplaşıblar. Nəzərə alanda ki bura Qumdur, dəyişikliyin həcmi aydın olmağa başlayır. Qeyri-rəsmi sorğulara görə Musəvi 54-39 faiz nisbətində Əhmədinejadı üstələyir. Heç kimdə şübhə yoxdur ki, qarşıdan gələn prezident seçkiləri İranda görünməmiş fəallıq dalğası yaradıb.

Lakin səvermənin nəticəsi hamı üçün qeyri-məlum olaraq qalır. 4 il bundan önc çox az adamın tanıdığı Mahmud əhmədniejad prezident olaraq siyasi səhnəyə çıxdı. Bütün hakimiyəti dönəmində o, ölkənin ali dini rəhbəri Ayətulla Əli Xamneinin dəstəyinə malik olub. Tehranda qərargahlanan Avropalı diplomat prezidentin yenidən qalib gələcəyini güman edir. Onun fikrincə hər şey olduğu kimi qalacaq. Analitiklər xəbərdarlıq edirlər ki, hətta Musəvi Əhmədniejadı məğlub etsə belə İranın Qərblə münasibətlərində qəfil dəyişiklik olmayacaq. İranda hər şey yavaş-yavaş irəliləyir. Bu, böyük dəyişiklik olardı lakin rejim dəyişikliyi demək deyil,” deyə Sent Endryus universietinin professoru Əli Ənsəri bildirir. Eyni zamnda professor əlavə edir ki, Musəvinin hakimiyyətə gəlişi sabiq president Məhəmməd Xatəmi dönəmində başlanan trayektoriyanın davamı olacaq.

XS
SM
MD
LG