Accessibility links

Qəzzafi Amerikanı kəskin tənqid edib


Liviya lideri Müəmmar Qəzzafi 1986-cı il Amerikanın Liviyaya qarşı hava hücumunu Usama Bin Ladenin 2001-ci ildə Nyu-York və Pentaqona hücumuna bənzədərək ABŞ-ı sərt tənqid edib. Birləşmiş Ştatlar bildirir ki, 1986-cı il Liviyaya hücum Liviyanın dəstəyi ilə Almaniyada ABŞ xidmətçilərinə qarşı keçirilən terror hücumuna qisas mahiyyəti daşıyıb. Cənab Qəzzafi bu şərhləri Romada müxalif qanunvericilərin boykotu ilə üzləşən İtaliya Senatı qarşısındakı müraciəti zamanı verib. Liviya lideri həm Bİn Ladeni, həm də Əl-Qaidə terror şəbəkəsini tənqid edib. Buna baxmayaraq o deyib ki, terrorizmin arxasında səbəblər durur və bu səbəbləri nəzərdən keçirməliyik. Müxalifətin etirazından sonra cənab Qəzzafinin müraciətini Senatın əsas palatasınından səsləndirməsinə icazə verilməyib. O, müraciətini dinləmə otağından edib. Liviya liderinin İtaliyaya 3 günlük səfəri dünən başlayıb.
XS
SM
MD
LG