İsveçrənin Novartis farmokologiya şirkəti gözlənildiyindən
bir neçə həftə əvvəl H1N1 donuz qripinə qarşı peyvənd istehsal edib. Şirkətin bu gün
açıqladığı bəyanatında bildirilir ki, vaksinin tez istehalına hüceyrələrə
əsaslanan tədqiqat yardım edib. Vaksinlərin
kliniki sınaqlarına iyul ayında başlanacaq. 30-dan artıq hökumət Novartisə peyvəndlərin təminatı üçün
müraciət edib. Ümumdünya Səhiyyə Təşkilatının statistik göstəricilərinə görə,
dünya boyu 30000 insan virusa yoluxub, 74 ölkədə 141 adam xəstəlik səbəbi ilə
dünyasını dəyişib.