Accessibility links

Pakistanda iki terror hücumu baş verib


Pakistan rəsmiləri deyirlərki, ölkənin iki müxtəlif şəhərində eyni zamanda baş verən bomba partlayışları nəticəsində Taliban yaraqlılarına qarşı olan tanınmış ruhani də daxil edilməklə, azı 5 nəfər həlak olub. Polis bildirir ki, ruhani Sərfraz Nəimi Lahor şəhərində cümə namazı qıldıqdan az sonra intiharçının Camia Nəimiyə mədrəsəsində törətdiyi bomba partlayışı zamanı həlak olub.Hadisədə başqa bir kişi ölüb və 6 nəfər yaralanıb. İkinci intiharçının bomba yerləşdirilmiş maşını Novşəra şəhər məscidində partlatması nəticəsində azı 3 nəfər həlak olub, 90-dan çox adam isə yaralanıb.Pakistanın din xadimləri bu hücumları pisləyiblər. Pakistanın bəzi rəsmiləri deyirlər ki, bu hücumlar Svat vadisində hökumətin taliban yaraqlılarına qarşı həyata keçirdiyi hərbi əməliyyatlara görə qısas almaq məqsədi daşıyır.
XS
SM
MD
LG