Accessibility links

Rusiyada daha bir polis zabiti qətlə yetirilib


Rusiyanın Şimali Qafqaz regionunda davam edən zorakılıqlar nəticəsində bir polis zabiti öldürülüb. Dağıstan Daxili İşlər Nazirliyinin rəsmisi deyir ki, zabit paytaxt Mahaçqalaya gedərkən başından aldığı güllə yarasından həlak olub. Bu hücum İnquşetiyada bir hakimin qüllə ilə vurularaq öldürülməsindən bir neçə gün sonra baş verib. Aza Qazqireyeva 2 gün öncə silahlı şəxslər tərəfindən odlu silahla öldürülmüşdü. O, İnquşetiya Ali Məhkəməsinin sədr müavini idi. Hücum zamanı 1-i uşaq olmaqla 5 nəfər yaralanıb.
XS
SM
MD
LG