Accessibility links

Baş məqalə: İranın raket sınağı


Birləşmiş Ştatların Müdafiə Naziri Robert Geyts İranın may ayında İsraili, Amerikanın Yaxın Şərqdəki və Avropanın bir hissəsindəki bazalarını vura biləcək orta mənzilli ballestik raketi sınaqdan keçirdiyini təsdiq edib. Robert Geyts əldə olunan məlumatdan bu sınağın nailliyyətli olduğunu oxuyub: “Bu raket 2000-dən 2500 kilometrədək məsafəni vura bilər. Mühərriklərdə mövcud olan bəzi probemlərə görə biz, heç olmasa sınaqların indiki mərhələsində həmin raketlərin deyilən mənzilin aşağı pilləsinə çata biləcəyini fikirləşirik”.

Ağ evin sözçüsü Robert Gibbs bildirir ki, prezident Barak Obama İranın nüvə silahları və nüvə silahları texnologiası əldə etmə səylərinə görə narahatdır. Cənab Gibbs deyib ki, prezident Obama bu proqramlarla məşğul olmağın İranın təhlükəsizliyini möhkəmləndirməyəcəyinə, əksinə zəiflətəcəyinə inanır .

Dövlət Katibi Hillari Klinton Kongresə verdiyi ifadəsində deyib: " İranın nüvə silahları və silahları hədəfə çatdıracaq sistemə malik olması Yaxın Şərqdə və daha geniş regionda silah yarışını qızğınlaşdırar. Bu İranın təhlüksizliyinə xidmət etməyəcək. Biz inanırıq ki, bu mövqeyimizi dəsdəkləyən güclü amillər var. Eyni zamanda belə bir nəticənin baş verməsinin əleyhinə olan ölkələrin sayı artmaqda davam edir. Buna görə də biz hətta bu regiondan kənardakı ölkələrlə də bu barədə ciddi müzakirələr aparırıq. Bizim məqsədimiz İran rejimini başa salmaqdır ki, nüvə silahları proqramına davam etsə, bunun İranın təhlükəsizliyinə mənfi təsiri olacaq".

Xanım Klinton deyib ki, "biz İran tərəfdən bu mühüm məsələdə müzakirələr keçirmək üçün iradə nümayiş etdirilməsini lazım görə də bilərik, görməyə də bilərik, ancaq hər halda diplomatik fəaliyyətlərimizini davam etdirəcəyik".

XS
SM
MD
LG