Accessibility links

ABŞ-ın xüsusi nümayəndəsi Suryianı Yaxın Şərq sülh prosesinin ayrılmaz hissəsi adlandırıb


ABŞ-ın xüsusi nümayəndəsi Corc Mitçel bildirib ki, Suriya Yaxın Şərqdə sülhün əldə edilməsini təmin etmək üçün Birləşmiş Ştatların səylərində aparıcırı rola malidkir. Mitçel bu açıqlamaları bu gün Dəməşqdə prezient Bəşşar əl-Əsədlə danışıqlardan sonra verib.

Xüsusi nümayəndənin bildirdiyinə görə, ABŞ və Suriya İsrail-Fələstin münaqişəsinin nizamlanmasında bir sıra çətinliklərdən xəbərdardır, lakin hər iki ölkə tez bir zamanda və müvəffəq danışıqlar üçün şəraitin hazırlanması kimi vəzifəni bölüşür.

Dəməşq Mitçelin Yaxın Şərq sülh prosesini canlandırmaq üçün regiona etdiyi səfərin sonuncu dayancağı olub. Xüsusi nümayəndə səfərini prezident Barak Obama adminsitrasiyasının gərginlikləri azaltmağa çalışıb Suriya ilə diplomatik münasibətlərə yenidən başlamaq istiqamətində səyləri çərçivəsində edib.

XS
SM
MD
LG