Belarus Rusiyanın Belarusun süd məhsullarının idxalına qoyduğu qadağaya etiraz olaraq, Rusiyanın ev sahibliyi edəcəyi regional təhlükəsizlik sammitində iştirak etməyəcəyini bəyan edib. 7 sabiq Sovet respublikasının iştirakı ilə keçirilən sammitin boykotu iki ölkə arasındakı gərgin münasibətlərə daha bir işarədir.
Belarusun Xarici İşlər Nazirliyinin sözçüsü Andrey Popovun dediyinə görə, Belarus bu addımı atmağa məcbur edilib. Sözçü bunu Rusiyanın iyun ayının 6-da Belarusun süd məhsullarının xəstəliklərə səbəb olduğunu deyərək,idxalını dayandırması ilə izah edib.Süd məhsulları Belarusun ixracatının əsas hissəsini təşkil edir.
Rusiya ilə Belarus arasında gərginlik Belarus prezidenti
Aleksandr Lukaşenkonun qərblə əlaqələri
genişləndirmək səylərindən sonra yaranıb.