Accessibility links

Çində taksi sürücüləri tətil edir


Çinin şimal-qərbində minlərlə taksi sürücüsü artıq 2-ci gündür tətil edir. Çin xəbər agentliyi Şinxuanın bildirdiyinə görə, Xininq şəhərində 5 mindən çox taksi sürücüsü işləməkdən imtina edib, çünki onlar fəaliyyət lisenziyası müddətini ixtisar edəcək yeni tənzimləyici qanunun təklifindən narazıdırlar. Yerli xəbər agentliyi dünən bildirmişdi ki, taksi sürücülərinin lisenziyasının keçərlilik müddəti 12 ildən 8 ilə azaldıla bilər. Çin xəbər agentliyinin məlumatına görə, sürücülər lisenziyanı yeniləmək üçün yüksək ödənişlərdən qorxurlar. Rəsmilər isə deyir ki, sürücülər yeni qaydaları səhv başa düşüb.
XS
SM
MD
LG