Yəmən rəsmiləri qadın və uşaq daxil olmaqla
9 əcnəbinin girov götürüldüyünü bildirirlər.
Hökumət rəsmiləri 7 alman, britaniyalı
bir mühəndis və Cənubi Koreyalı bir müəllimin
girov götürülməsinə görə şiə yaraqlı qrupu günahlandırıb. Alman girovlar 3 uşaq,
2 tibb bacısı ,bir mühəndis və onun həyat yoldaşından ibarədir. Yəmən rəsmiləri
bildirirlər ki, girovlar beynəlxalq
yardım qrupunun üzvüdür və onlar Səada
xəstəxanasında işləyirlər. Girov hadisəsinin məsuliyyətini heç bir qrup üzərinə götürməyib.
Lakin Yəmən hökuməti bu işin məsuliyyətini Huti yaraqlı qrupunun üzərinə atır.