Accessibility links

Tbilisidə polislə nümayişçilər arasında növbəti qarşıdurma olub


Tbilisidə təcridxana yaxınlığında polislə müxalif nümayişçilər arasında toqquşmaolub. Polis aksiya iştirakçılarına qarşı dəyənəkdən istifadə edib. Bu, ötən ay polis idarəsi yaxınlığında baş vermiş analoji toqquşmaların bənzəridir. Qərb reportyorlarının dediyinə görə, nümayişçilərötən həftə saxlanılmış müxalifət fəallarının azadlığa buraxılmasını tələb edirlər. Məlumatlara görə, toqquşma zamanı polis jurnalistlərin kameralarını əlindən alıb və nümayişçiləri həbs edib. Müxalifət tərəfdarları aprelin əvvəlindən bəri prezident Mixail Saakaşvilinin istefası tələbilə etiraz nümayişləri keçirirlər. Onlar prezidenti ölkədə avtoritarizm yaratmaqda və ötən il Rusiya ilə müharibəyə görə tənqid edirlər.

XS
SM
MD
LG