Accessibility links

Tehranda çərşənbə axşamı günü də nümayişlər planlaşdırılıb


Tehranda nümayiş keçirən Mir Hüseyn Musəvinin yüz minə qədər tərəfdarına atəş açılıb, bir adam həlak olub. Atəş nəticəsində yaralananların olduğu bildirilir. Hadisə Bəsicilərin qərargahı yaxınlığında baş verib.

Cənab Musəvi bu günkü nümayişdə tərəfdarları qarşısında çıxış edib. Nümayişçilər Musəvini cümə günü keçirilmiş seçkilərdə səslərini müdafiə etmək üçün mübarizəyə çağırırlar. İslahatçı namizəd hakimiyyəti seçkiləri saxtalaşdırmaqda ittiham edir.

Rəsmi nəticələrə görə, prezident Əhmədinejad böyük səs çoxluğu ilə cənab Musəvi üzərində qələbə əldə edib.

Dini lider Ayətulla Əli Xameneyi İslam Nəzarət Şurasına seçkilərdə baş verdiyi iddia olunan pozuntuları araşdırmaqla bağlı göstəriş verib.
Bazar günü cənab Musəvi Şuranı seçki nəticələrini ləğv etməyə çağırmışdı.

Prezident Əhmədinejad isə seçkilərin azad və ədalətli keçirildiyini deyib.
XS
SM
MD
LG