Accessibility links

Analiz: İranda hakimiyyət mübarizəsinin səhnə arxası


İrandakı prezident seçkilərinin mübahisəli nəticəsi ölkəni potensial siyasi böhrana təhrik edib. İran hökumətinin hazırkı prezident Mahmud Əhmədinejadı ən yaxın rəqibi islahatçı Mir Hüseyn Musəvi üzərində böyük üslünlüklə qələbəsini elan etməsi seçkilərin saxtalaşdırıldığı barədə şüblələrə yol açdı və qəzəblənmiş Musəvi tərəfdarlarının küçələrə çıxması üçün bir qığılcım oldu.

Hərçənd, analitiklərə görə, hazırkı dava-dalaşın səhnəarxası siyasi çalarları əslində seçki kampaniyası dövründən gəlir.

Belə ki, kampaniya zamanı hazırkı prezident Əhmədinejad Musəvinin tərəfdarlarını korrupsiyada, namizədin özünü isə sabiq prezident Əli Əkbər Haşimi Rəfsəncaniyə arxalanmaqda ittiham edirdi.

Öz növbəsində Musəvi də hazırkı hakimiyyəti ölkəni beynəlxalq sahədə nüfuzdan salmaqda ittiham edirdi.

Stratfor mərkəzindən İran üzrə analitik Reva Bhalla deyir ki, prezident Əhmədinejad görünür, bu seçkilərə özünün şəxsi intriqaları üçün qisas dövrü kimi baxırmış.

Bhalla deyir ki, yəqin seçkilər bu baxımdan Əhmədinejadı cəsarətləndirib, kütləvi həbslər onun öz müxaliflərinin kökünü kəsmək niyyətini ortaya qoyub.

Ekspertə görə, yəqin bunun qarşısını almaq üçün sabiq prezident Haşimi Rəfsəncani və parlament spikeri Əli Laricani kimi rejimin öndəgedən simaları narahat olaraq, dini liderə müraciətlər göndərirdilər.

Dini lider Əli Xanemeyi kampaniya dövründə hazırkı prezidenti birbaşa dəstəkləməsə də, səsvermədən sonra nəticələri tanımağa çağırdı.

Ancaq sonradan baş verən küçə nümayişləri, eləcə də Musəvi və digər siyasi fiqurların etirazları ilə rastlaşdıqda, Xameneyi seçki saxtakarlıqlarının araşdırılması ilə bağlı Nəzarət Şurasına göstəriş verdi.

Bu, İran tarixində seçki kampaniyasının misli görünməmiş istiqamətdə inkişafıdır.

Ceyns İnformasiya Qrupunun Yaxın Şərq üzrə analtiki Aleks Vatanka deyir ki, əslində Ayətulla Xameneyinin qərarı hazırkı prezident Əhmədinejadla hələ də ictimaiyyət arasında nüfuzunu saxlayan sabiq prezident Rəfsəncani arasında mübarizənin davamını əks etdirir.

O deyir ki, necə ola bilər ki, hələdə sistem daxilində mühüm bir vəzifəsi olan Rəfsəncani kimi İslam Respublikasının nəhənqlərindən birini və onun ailəsini ittiham edib bunun nəticəsinin sizə təsir etməyəcəyini gözləyə bilərsiniz.

Xameneyi bu qərarıyka qumar oynayır. Belə ki, əgər bu qərar Rəfsəncaninin yenidən qayıdışına hesablanırsa, o zaman böyük mübarizə baş verəcək.

Əlində İranda seçkilərin saxtalaşdırılmasına dair fikir yürütmək olduqca çətindir. Bu ölkə seçkilər baxımından şəfaf deyil.

Yeganə müstəqil ictimai rəy sorğusu seçkidən 3 həftə əvvəl Yeni Amerika fondu və Terror Free Tomorrow təşkilatı tərəfindən keçirilmişdi. Həmin sorğunun nəticələri, prezidentin özünə qarşı dəstək itkisi ilə nisbi qələbə əldə edə biləcəyini göstərirdi.

Ancaq Terror Free Tomorrow təşkilatından Ken Ballen deyir ki, əslində bu nəticəyə də tam arxalanmaq olmaz.

O deyir ki seçkilərin azad və ədalətli keçirilməsi ilə insanların Əhmədinejada dəstək verməsi barədə iddialar İran reallığında fərqli fərqli şeylərdir.

Əhmədinejadın ölkədə faktiki populyarlığı və 2005-ci ildə Rəfsəncani üzərində qələbə qazanmasını ekspertlər onun əsasən əhalinin kasıb təbəqəsi tərəfindən dəstəklənməsi ilə bağlayırlar.

Ancaq Ballen deyir ki, Musəvinin tərəfdarları da İranın digər bir iqtisadi spektrini təmsil edirlər. Buna baxmayaraq, hər iki namizədin arxasında universitet tələbələri də daxil olmaqla, olduqca mühüm dəstək var.

İrandakı nümayişlərin nə vaxta qədər davam edəcəyi hələ məlum olmasa da, analitiklər deyirlər ki, hətta aksiyalara son verilsə belə, seçki kampaniyasından sonra meydana çıxan kin və küdurətin hələ uzun müddət davam edəcəyi gözlənilir.

XS
SM
MD
LG