Accessibility links

ABŞ Dövlət Departamenti insan alverinə dair illik hesabatını açıqlayıb


ABŞ Dövlət katibi Hillari Klinton deyib ki, insan alverilə mübarizə Birləşmiş Ştatların xarici siyasətinin mühüm sahələrindən biridir. Xanım Klinton bunu bu gün ABŞ Dövlət Departamentinin insan alverinə dair illik hesabatını təqdim edərkən bəyan edib.

Klinton insan alverini müasir dövrdə quldarlığın forması adlandıraraq, bunun Birləşmiş Ştatlar da daxil edilməklə, dünyanın bütün ölkələrinə təsir göstərdiyini bildirib. O deyib ki, problem qlobal iqtisadi böhran nəticəsində daha da kəskin şəkil alıb.

Dövlət Departamentinin hesabatında dünyanın 173 ölkəsində insan alverinə dair vəziyyət təhlil edilir. Bu ölkələr insan alverilə mübarizə səyləri, habelə ABŞ səfirlikləri, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə işlərinə görə kateqoryalara ayrılır.

XS
SM
MD
LG