Accessibility links

Hindistan sülh danışıqlarından öncə Pakistanın terrorizm əleyhinə fəaliyyət göstərməsini istəyir


Hindistanın Baş Naziri Manmohan Singh deyir ki,onun ölkəsi Pakistanla sülh əld etməyə çalışır. Lakin İslamabad əvvəlcə terrorizmə son qoymaq üçün möhkəm və effektiv ölçülər həyata keçirməlidir.

Cənab Sinqh bu bəyanatı Şanxay Əməkdaşlıq təşkilatının Rusiyada keçirilən zirvə toplantısından qayıtdığı zaman verib.

Toplantı zamanı cənab Singh keçən ilin noyabr ayında Mumbayda həyata keçirilən terror hücumundan sonra ilk dəfə olaraq Pakistan prezidenti Zərdari ilə görüşüb. O, müxbirlərə bildirib ki, prezident Zərdari ona deyib ki, Pakistan terrorçulara qarşı mübarizə aparır, lakin bunun üçün vaxt tələb olunur.

170 nəfərin ölümülə nəticələn Mumbay terror hücumlarından sonra Hindistan və Pakistan arasında münasibətlər gərginləşib. Hindistan bu hücumda Pakistanda yerləşən Ləşgəri Taiba yaraqlı qrupu, həmçinin Pakistan kəşfiyyat xidmətinin agentlərini ittiham edir.

XS
SM
MD
LG