Accessibility links

İran vətəndaşları məlumatları İnternet və telefon vasitəsi ilə  xaricə çatdırırlar


İranda nümayişlərin müstəqil media tərəfindən işıqlandırılmasına imkan verilmədiyini nəzərə alaraq, ölkədə baş verən hadisələrin şahidləri İnternet və telefon vasitəsilə, xüsusilə dəTehranda baş verən hadisələri xaricə çatdırmağa çalışırlar. Müxalifət saytları bu gün nümayişçilərin Tehranın İnqilab və Azadlıq məydanlarında nümayişə çıxmağı planlaşdırdığlarını bildirmişdilər. Şahidlər deyirlər ki, bu gün polislə minlərlə nümayişçi arasında toqquşma baş verib, bəzi nümayişçilər nəzarət altına alınıb. Şahidlərin Amerikanın Səsinin Fars şöbəsinə verdikləri məlumatda silah səsləri eşiddiklərini, ancaq kim tərəfindən atəş açıldığının bilinmədiyini deyiblər. Şahidlər bunu da qeyd edirlər ki, paytaxdın başqa yerlərində nümayişçilər təhlükəsizlik qüvvələrinə hücum edib, bəzilərinin motorsikletlərini yandırıblar. İran hakimiyyətinin medianın hadisələri işıqlandırmasını qadağan etməsinə görə xəbər agentlikləri əsas olaraq İran vətəndaşlarının Tvitter, Fecebook, və Youtube kimi internet vasitələri ilə göndərdikləri xəbərlərə əsaslanırlar. Facebook xidməti cümə günü bildirib ki, artıq o Fars dilində də sayt əlavə edib ki, İranlılar bu xidmətdən öz dillərində rahat istifadə edə bilsinlər. Google da xidmətlərinə Fars dilində tərcümə əlavə edib.

XS
SM
MD
LG