Accessibility links

Gərginliyin davam etməsinə baxmayaraq bu gün Tehranda  irimiqyaslı nümayişlər barədə xəbər verilmir


Tehrandabu gün vəziyyətin gərgin olduğu, lakin genişmiqyaslı nümayişlərin keçirilmədiyi bildirilir. Prezidentliyə namizəd Mir Hüseyn Musəvini dəstəkləyənlər bu gün axşam xalqı həmrəylik nümayiş etdirmək məqsədilə və etiraz olaraq maşınlarının işıqlarını yandırmağa səsləmişlər. İranın dövlət radiosu ilə açıqlanan məlumatda şənbə günü təhlükəsizlik qüvvələri ilə nümayişçilər arasında azı 10 nəfərin ölümü ilə nəticələnən qarşıdurma zamanı 457 nəfərin həbs edildiyi bildirilib. İranın İnqilab Keşikçiləri Qvardiyasının bugünkü Veb səhifəsində qanunu pozanlara qarşı ‘inqilabi yollarla’ tədbirlər görüləcəyi və güc işlədiləcəyi barədə xəbərdarlıq edilib. İran rəsmiləri nümayişlərə başlanan gündən bəri 17 nəfərin öldüyünü bildirsə də, digər məlumatlarda ölənlərin sayının daha çox olduğu deyilir.
XS
SM
MD
LG