Accessibility links

Barak Obama Ağ Evdə mətbuat konfransı keçirib


Bu gün ABŞ prezidenti Barak Obama Ağ Evdə mətbuat konfransı keçirib. Tədbirin diqqət mərkəzində Amerikanın səhiyyə xidmətində islahatlar, enerji və İrandakı qarşıdurma kimi məsələlər yer alıb.

Sualları cavablandırmadan öncə prezident İranla bağlı mövqeyini açıqlayıb. O, İranda baş verən zorakılıqları qınadığını bildirib. Barak Obama ABŞ-ın İranın suverenliyinə hörmət göstərdiyini desə də, İran hökumətinin mətbuata tətbiq etdiyi məhdudiyyətləri pisləyib. ABŞ prezidenti İranda öldürülənlərin ailələrinin kədərlərini bölüşüyünü bildirib. O, İran xalqının ifadə azadlığı hüququna malik olduğunu deyərək, İran hökumətini öz xalqına hörmət göstərməyə çağırıb.

Prezident Obama İranla bağlı mövqeyinə dair tənqidləri rədd edib. ABŞ dövlət başçısı deyib ki, o, Konqresin qərarı ilə deyil, vəzifə borcuna görə hərəkət etməlidir. Barak Obama Amerikanın İrandakı vəziyyəti izlədiyini və hadisələrin nə ilə nəticələnəciyini gözlədiyini deyib.

Barak Obama energi təhlükəsizliyi və alternativ enerji mənbələrinə müraciət edilməsinin vacibliyini vurğulayıb. ABŞ prezidenti səhiyyə sistemində islahatlara ehtiyac duyulduğunu deyərək, amerikalıların yüksək səhiyyə xərclərinin öhdəsindən gəlmədiyini önə çəkib.

Prezident Obama son zamanlar səhiyyə sistemində ishatlara dəstək əldə etməsi səylərini gücləndirib. ABŞ Senatının respublikaçı nümayəndələri isə bu səylərə kəskin şəkildə etiraz edir. Demokratların da bəziləri hökumətin sığorta planına dair prezidentin mövqeyini tənqid edir. Konqresin Büdcə Ofisisinin əldə etdiyi hesabata görə, bu plan gələn 10 il üçün trillion dollarlıq vəsaiti nəzərdə tutur.

XS
SM
MD
LG