İranın
ali dini rəhbəri Ayətulla Əli Xameneyi deyir ki, İran seçkisonrası etiraz
aksiyalarından qaynaqlanan təzyiqlərə boyun əyməyəcək. Xameneyi bu bəyanatı Nəzarət Şurası seçki
nəticələrini ləğv etməkdən imtina etdikdən bir gün sonra verib, hərçənd ki, 50-ə
yaxın dairədə saxtakarlıq halları aşkar edilib.
ABŞ prezidenti Barak Obama səsvermənin legitimliyi haqda “böyük
sualların” olduğunu deyib. Həmin
səsvermə nəticəsində prezident Mahmud Əhmədinejad əksər səslə qələbə
qazanmışdı. İnternetdə yayılan elanlarda
bu gün İran parlamenti qarşısında nümayişə çağrılıb. İranın elitar İnqiliab Keşikçiləri Qvardiyası
xəbərdarlıq edib ki, nümayişləri dağıtmaq üçün zordan istifadə edəcək. Bu arada məğlub olmuş namizəd Mir Hüseyn
Musəvinin yardımçısı xəbər verib ki, polis sabiq baş nazirə məxsus qəzetin
ofisinə reyd keçirərək 25 nəfəri həbs edib.