Accessibility links

NATO-Qazaxıstan görüşü keçirilib


NATO rəsmiləri Qazaxıstanda alyansla orta asiya ölkələri arasında əməkdaşlığa dair danışıqlar aparıb. Paytaxt Astanada keçirilən toplantı NATO ilə region ölkələri arasında bu qəbildən olan ilk görüşdür. Gündəliyə Əfqanıstandakı vəziyyət və Qafqazla yanaşı enerji təhlükəsizliyi məsələləri də daxildir. Danışıqları detalları hələlik açıqlanmayıb. Ancaq Rusiyanın NATO-dakı nümayəndəsi Dmitri Roqozin deyib ki, o, NATO-nun daha geniş əraziyə yayılmasına inanmır. Roqozinin sözlərinə görə, Qazaxıstanın Alyansla əlaqələrinə baxmayaraq, ölkə Rusiya ilə yaxın münasibətlərə malikdir.
XS
SM
MD
LG