Accessibility links

ABŞ və Yaponiya Şimal Koreya ilə bağlı gərginlikləri müzakirə edib


ABŞ-ın müdafiə nazirinin müavini Mişel Florni Tokioda Yaponiyanın müdafiə naziri Yasukazu Hamada ilə görüş keçirib. Tərəflər ABŞ-Yaponiya hərbi müttəfiqliyi və Şimali Koreya ətrafında yaranmış gərginlikləri müzakirə edib.

Bu arada Şimali Koreya atom silahları cəbbəxanasını böyüdəcəyini bəyan edərək, ABŞ-ın o ölkəyə qarşı hücum etdiyi təqdirdə, nüvə silahları ilə cavab verəcəyi barədə xəbərdarlıqla çıxış edib. ABŞ Şimali Koreyaya qarşı hücuma keçmək niyyətində olmadığını dəfələrlə bildirib.

Bundan əvvəl Şimali Koreyanın yaxın müttəfiqi Çində olan cənab Florni tərəflərin Şimalın nüvəsizləşdirilməsi prosesində ortaq məqsədləri bölüşdüyünü demişdi. ABŞ-ın müdafiə nazirinin müavini Yaponoyadan Cənubi Koreyaya gedəcək.

XS
SM
MD
LG