Accessibility links

Dəmir Pərdənin süqutu yad edildi


Şərqi və Qərbi Avropa liderləri Macarıstan paytaxtı Budapeştdə bir araya gələrək Dəmir Pərdənin süqutunun 20-ci ildönümünü qeyd ediblər. 1989-cu il, iyunun 27-də, Macarıstan və Avstriya liderləri sərhəddə görüşərək kapitalist və kommunist ölkələri bir-birindən ayıran sərhəddəki tikanlı məftili kəsdilər. Həmin an Almaniyada Berlin divarının çökməsinə və Avropada kommunizmin sona yetməsinə yol açan məqam kimi yaddaşlarda həkk olunub. Bu ildönümün şərəfinə keçirilən xüsusi parlament sessiyasında Almaniya prezidenti Horst Koehler macarlara cəsarətlərinə və şərqi almanlarla həmrəyliklərinə görə təşəkkür edib.
XS
SM
MD
LG