Accessibility links

NATO ilə Rusiya xarici işlər nazirləri arasında görüş keçirilir


NATO xarici işlər nazirləri bu gün rus həmkarları ilə görüşürlər. Bu toplantı avqust ayında Rusiya ilə Gürcüstan arasında baş vermiş müharibədən sonra keçirilən ən yüksək səviyyəli görüşdür. Yunanıstanın Korfu adasında keçirilən NATO-Rusiya Şurası sessiyası ATƏT xarici işlər nazirlərinin toplantısı ilə yanaşı keçirilir. NATO rəsmiləri şuranın görüşünün Rusiya ilə əlaqələrin yeni başlanğıcına işarə olmasından və hərbi əməkdaşlığın inkişafı yollarının axtarılacağından əminliklərini ifadə ediblər. NATO və Rusiya piratlıq və terrorizm əleyhinə əməliyyatlarda və Əfqanıstan müharibəsində birgə işləyir. Ancaq onların dialoqu Rusiyanın Gürcüstanın separatçı regionlarında güc tətbiq etməsindən sonra təxirə salınmışdı.
XS
SM
MD
LG