Livan prezidenti Mişel Süleyman parlamentdəki əksəriyyətin
lideri Səad Həririni baş nazir təyin edib.
Cənab Həririnin başçılıq etdiyi Qərbyönümlü partiya bu ayın əvvəllərində
parlament üçün keçirilən seçkilərdə qələbə çalmışdı. O və Hizbullahın lideri
Həsən Nəsrallah milli birlik hökumətinin təşkili məsələsində əməkdaşlıq edəcəklərinə
söz veriblər. Lakin cənab Həriri deyib ki, o, Hizbullahın müttəfiqlərinə veto
qoymaq hüququna icazə verməyəcək. İran və Suriyanın dəstəklədikləri Hizbullah
koalisiyası parlament seçkilərində ikici yeri tutub.