Accessibility links

Pakistan qüvvələri Cənubi Vəziristanda genişmiqyaslı əməliyyatlara hazırlaşır


Pakistan rəsmiləri bildirilər ki, Şimali Vəziristan vilayətində Taliban yaraqlıları ordu konvoyunu pusquya saldığı vaxt hökumət qüvvələri Cənubi Vəziristanda genişmiqyaslı əməliyyatlara hazırlaşır. Təhlükəsizlik rəsmiləri ölkənin şimal-qərb bölgəsində6 əsgərin öldürüldüyünü bildirir.

Bu hadisədən əvvəl Pakistanın hərbi təyyarəsi Talibanın mövqelərinə hücum edərək azı 8 yaraqlını öldürüb.Zorakılıqlar Pakistan hökumətinin axtarışda olan Taliban rəhbəri Beytulla Məhsud haqda məlumat verənə 615 000 dollar məbləğində mükafat vəd etməsindən sonra baş verir.

XS
SM
MD
LG