Rusiya hərbçiləri bu gündən Avropada ən yüksək dağı yerləşən Şimali Qafqazda anti-terror əməliyyatlarını həyata keçirirlər.
Əks-terror idarəsinin sözçüsü Natalya Borovinskaya deyib ki, əməliyyatlar bu gün Kabardino-Balkaria respublikasının Elbrus rayonunda qanunsuz hərbi qrupların polisləri hədəf aldığı hücumlarından sonra başlayıb.
Sözçü jurnalistlərə deyib ki, bu ərazidə vəziyyət gərgindir.
Belə ki, 2007-ci ilin iyunundan bu yana ərazidə 32 terror cinayəti qeydə alınıb.
Bu insidentlər zamanı 9 polis öldürülüb, 27 polis və 5 mülki şəxs yaralanıb.