Accessibility links

ADT Hondurasın hərbi liderlərini təhdid etdi


Amerika Dövlətləri Təşkilatı prezident Manuel Zelayanın hakimiyyətini bərpa etməyəcəyi təqdirdə Hondurası regional qrupdan xaric edəcəyini bildirib. Təşkilat baş katibi Hose Miqel İnsulza bu gün jurnalistlərə deyib ki, cənab Zelayanın səlahiyyətlərinin bərpası üçün hərbi çecriliş liderlərinə 3 gün vaxt verilib. Qurumun Vaşinqtonda yerləşən baş qərargahında üzvlər arasında aparılan danışıqlardan sonra İnsulza ultimatum verib. Zelaya özünün prezidentlik müddətini artırmaq üçün Konstitusiyaya dəyişiklik məqsədilə referenduma cəhd göstərdiyinə görə, hərbçilər onu keçən həftənin bazar günü ölkədən qovaraq Kosta-Rikaya yollamışdılar.
XS
SM
MD
LG