Accessibility links

ABŞ-da tələbələrin işlə təmin olunması çətinləşib


Amerikada may və iyun adətən məzuniyyətayları hesab olunur. Redaksiyamıza dinləyəcilərimizdən birindən daxil olan məktubda soruşulur: Amerikada kollec və ya universiteti bitirən tələbələr necə işlə təmin olunur? Hazırda bu suala cavab belədir: Çox çətin.

Milli Kollec və İşlətəminetmə Assosiasiyası universitet iş bazarı barədə məlumat toplayır. Assosiasiyanın mart ayında keçirdiyi son sorğu göstərir ki, işlə təmin edən şirkətlərin keçən illə müqayisədə bu il 22 faiz az tələbəni işə götürməsi gözlənilir. Çoxları bu tənəzzülü tənqid edir.

Ən son tələbə sorğusunun nəticəsinə görə, məzuniyyətə qədər iş üçün müraciət edən hər 5 tələbədən yalnız biri iş tapa bilib. Bu isə iki il əvvəlki eyni vaxt kəsiyi ilə müqayisədə iki dəfə azdır. Ancaq bir fərq var ki, bu il daha az tələbə özünə iş axtarmağa çalışıb.

Assossiasiya təhsilini davam etdirmək fikri olan tələbələrin cüzi miqdarda artdığını aşkar edib. Bu il bakalavr dərəcəsi alan tələbələrin təxminən 27 faizi təhsillərini davam etdirməyə hazırlaşdıqlarını bildirib. Keçən ilsə bu göstərici 24 faiz olub.

Mühəndislik və mühasibatlıq üzrə məzun olmuş tələbələr ehtimal ki, artıq iş üçün müraciət edib və müsbət cavab da alıblar. Bunlar hətta kollec dərəcəsi olan mütəxəssislərə də yüksək əmək haqqı ödəyən sektorlardır. Orta hesabla mühəndislər ildə 60 min dollar əmək haqqı ilə işə başlayırlar. Mühasibatlıqda isə bu rəqəm 45 min dollardır.

Bəs görəsən tələbələr iş imkanlarını necə artıra bilər? Milli Kollec və İşlətəminetmə Assosiasiyasının əməkdaşı Mimi Kollins deyir ki, ən effektiv vasitə ali təhsil ocağının karyera məslətləşmə mərkəzidir. Müşavirlər tələbələrin iş üçü qeydiyyatdan keçməsi və müsahibələrə hazırlaşmasına kömək edə bilər. Onlar habelə yeni iş yerləri barədə məlumat verir. İş axtarmağın digər yolu təcrübə keçməkdir. Burada tələbələr hər hansı işdə əmək haqqı almadan və ya cüzi maaşa çalışa bilər. Assosiasiya bildirir ki, iş tapan tələbələrin 73 faizi təcrübə keçənlərdir.


XS
SM
MD
LG