Accessibility links

ABŞ ordusunun İraq şəhərlərini tərk etməsindən sonra da zorakılıqlar davam edir


Birləşmiş Ştatlar hərbi qüvvələrinin İraqın şəhərlərini tərk etməsindən az sonra Bağdad bölgəsində 3 nəfərin ölümü ilə nəticələnən bomba hücumları baş verib. Rəsmilər bombalardan birinin bu gün İraq hərbi qüvvələrinin keşik məntəqəsi yaxınlığında yol kənarına yerləşdirildiyini və nəticədə bir İraq əsgərinin öldüyünü, 8 nəfərin isə yaralandığını bildirirlər.

Digər maşına yerləşdirilmiş bomba Bağdadın cənubunda partladılmış və iki nəfərin ölümünə, 15-nin isə yaralanmasına səbəb olmuşdur. Kərkük şəhərində bir silahlı şəxsin İraq hərbi qüvvələrinin zabitini qətlə yetirdiyi xəbər verilir.

XS
SM
MD
LG