Accessibility links

AB İrandan Britaniya səfirliyinin işçilərini azad buraxmağı tələb edir


Avropa Birliyi İrandan tələb edir ki, bu həftə həbs etdiyi Böyük Britaniyanın Tehrandakı səfirliyinin əməkdaşlarının hamısını azad etsin. Səfirliyin 9 yerli işçisi bazar günü İranda seçkisonrakı iğtişaşda əli olmaqda ittiham edilərək saxlanmışdı. İranın dövlət telekanalı bildirir ki, hüquq-mühafizəçiləri əməkdaşların 8-ni azadlığa buraxsa da, bir nəfər hələ də nəzarət altındadır. Britaniya rəsmiləri isə ən azı 2 nəfərin məhbəsdə saxlandığını vurğulayır. Avropa Birliyinin rəsmiləri təşkilata üzv 27 ölkənin Tehrandakı səfirlərini geri çağırması barədə Britaniyanın təklifini nəzərdən keçirirlər. İsveç xarici işlər naziri Karl Bildtin dünən bildirdiyinə görə, Avropa Birliyi gözləyir ki, İran lazımi addımlar ataraq səfirlik əməkdaşlarının hamısını azadlığa buraxacaq. İsveç hazırda Avropa Birliyinə rotasiya üzrə prezidentlik edir.


XS
SM
MD
LG