Accessibility links

Pakistan ABŞ-ın Əfqanıstandakı əməliyyatlarından narahatdır


Hələ ABŞ-ın 4 min əsgərinin Əfqanıstanda sabitliyi qorumaq məqsədi ilə Helmand vilayətindəki əməliyyatlara qatılmasından həftələrlə əvvəl bu addımın Pakistanda necə qarşılanacağı sualı ABŞ siyasətçilərini düşündürürdü.

Birləşmiş Ştatların Pakistan və Əfqanıstan üzrə xüsusi elçisi Riçard Holbruk ötən ay İslamabada səfəri əsnasında islamçı döyüşçülərin Pakistana mümkün axınından narahatlığını dilə gətirmişdi.

Cənab Holbruk deyir ki, onları narahat edən, bu əməliyyatların kemişdə olduğu kimi, bu əməliyyatların geniş yayılması effektidir. Xüsusi elçi deyir ki, o, bu məsələni həm Vaşinqtonda, həm də Pakistanda qaldırıb. Belə ki, Vaşinqton Kabildə heç bir təşviş yaratmaq istəməzdi.

Bununla yanaşı, ABŞ-da hesab edirlər ki, NATO-nun beynəlxalq qüvvələrinin regionda təhlükəsizliyin bərpası naminə Pakistanın sərhədi yaxınlığında əməliyyat aparması olduqca vacibdir.

Ancaq Helmand vilayətində sabitliyi qorumaq məqsədi ilə Vaşinqtonun əməliyyatlara başlamaq strategiyasını elan etməsindən bir neçə saat sonra Pakistan hərbiyyəsi Cənubi Bəlucistandakı sərhəd zonasında öz nəzarətini gücləndirdi.

Ancaq Pakistanın narahatlıqları xüsusilə ordu üçün indiki çətin vaxtda meydana çıxdı. Belə ki, hökumət qüvvələri Svatt Vadisində Talibana qarşı iki aylıq vuruşların ardınca, Cənubi Vəziristanda Taliban lideri Beytulla Məsuda qarşı genişmiqyaslı əməliyyatlara hazırlaşır

Ordu sözçüsü general-mayor Atar Abbasın dediyinə görə, Pakistan rəsmiləri islamçı yaraqlıların qarşısın ala bilmək üçün, ABŞ və Əfqan rəsmiləri ilə dialoq aparır.

O deyir ki, tərəflər birgə maraqlar naminə bir-biri ilə koordinasiya aparırlar. Bununla yanaşı, Pakistanla sərhəd yaxınlığında aparılan əməliyyatlar İslamabadda narahatlıqları artırıb.

Ordu sözçüsü əlavə edir ki, tərəflər mümkün təhlükələrin qarşısını almaq və terrorçuların ölkə ərazisinə keçidinə mümkün nəzarət üçün bir-birini məlumatlandırmaqda davam etməlidirlər.

Lakin Pakistanla Əfqanıstan arasında sərhəd olduqca böyükdür və orada keçidi nəzarətə götürmək o qədər də asan deyil, xüsusilə də döyüşlərin intensive getdiyi Şimali Bəlucistanda.

XS
SM
MD
LG