Accessibility links

Amerika Dövlətləri Təşkilatı Hondurasın quruma üzvlüyünü dayandırıb


Amerika Dövlətləri Təşkilatı Hondurasda baş vermiş hərbi çevirilşə görə bu ölkənin təşkilatda üzvlüyünü dayandırıb.

Səsvermə dünən axşam keçirilib və qərar yekdilliklə dəstəklənib.

Hondurasın prezidenti Manuel Zelaya iyunun sonunda hərbi çevirilişlə hakimiyyətdən uzaqlaşdırılıb və ölkədən qovulub.

Bu gün onun Argentina və Paraqvay prezidentləri Kristina Fernandez və Fernando Luqonun müşayiətilə ölkəyə dönəcəyi gözlənilir.

Bu missiyada iştirak etmək üçün Ekvador prezidenti Rafael Korreanın da bu gün Vaşinqtona gələcəyi gözlənilir.

Zelaya deyib ki, o, prezidentlərin müşayiəti ilə ölkəsinə qayıdaraq, idarəçiliyi yenidən ələ almağa cəhd göstərəcək.

Hondurasın müvəqqəti hökuməti isə Zelayanı xəbərdarlıq edib ki, ölkəyə qayıdacağı təqdirdə o, həbs edilə bilər.

Amerika Dövlətləri Təşkilatı 1992-ci ildə Kubanın təşkilatdan çıxarılmasından bəri, ilk dəfədir ki, öz üzvünü sıralarından xaric edir.

XS
SM
MD
LG