Accessibility links

Çeçenistanda baş verən partlayış bir rus hərbçisinin ölümünə səbəb olub


Çeçenistanda qumbara partlayışı nəticəsində bir Rusiya hərbçisinin öldürüldüyü, azı 4-nün yaralandığı xəbər verilir. Rəsmilər partlayışın Bamut şəhəri yaxınlığında Daxili İşlər Nazirliyi hərbi qüvvələrinin təlim keçdikləri vaxt baş verdiyini deyirlər. Yaralananların xəstaxanaya çatdırıldığı xəbər verilir.

Çeçenistandan alınan digər xəbərdə isə bildirilir ki, Şali mahalının Belqatoy rayonu yaxınlığında polis konvoyunun getdiyi yola yerləşdirilmiş bomba partlamışdır. Hadisə zamanı xəsarət alan olmayıb.

XS
SM
MD
LG