Accessibility links

Prezident seçkilərində məğlub olmuş namizədlər İran rəsmilərini zorakılıqlara son qoymağa çağırır


İranın islahatçı liderləri, prezidentliyə namizədlər Mir Hüseyn Musəvi, Mehdi Kərrubi və sabiq prezident Məhəmməd Xatəmi ölkə rəsmilərini keçən ay keçirilən prezident seçkilərinə qarşı etiraz aksiyaları zamanı həbs edilənlərin azad edilməsinə çağırmışlar. Prezident seçkilərində məğlub olmuş namizədlərvə İranın sabiq prezidentinin bu çağırışı dünən keçirdikləri görüşdən sonra səslənib.

Bu gün üç liderin cənab Musəvinin veb səhifəsində yayılan birgə bəyanatında zorakılıqlara son qoyması tələb edilir. Qeyd edək ki, Tehranda keçirilən etiraz nümayişləri zamanı islahatşılar, siyasi fəallar, journalistlər və digərləri daxil edilməklə, min nəfərdən artıq insan həbs edilmişdi. Rəsmilər həbs edilənlərin çoxunun azad edildiyini bildirir.


XS
SM
MD
LG