Accessibility links

Mətbuat İcmalı: Urimçidəki iğtişaşlara reaksiyalar


Çinin Sincan Muxtar Bölgəsində baş verən iğtişaşlara ABŞ mətbuatında geniş yer verilib.“Vaşinqton Post” qəzetibirinci səhifəsindəSincanın paytaxtı Urumçidəkihadisələrə yer ayırıb. Xəbərdaazı 1400 adamınhəbs olunduğu uyğurqadınların ərlərinin və qohumlarının aqibətini öyrənmək tələbilə dünən Urumçidə nümayiş keçirdikləri qeyd edilir.“Vaşinqton Post”un xəbərinəgörə dünən Urumçinin qatar stansiyasında Han çinliləri ilə uyğurlar arasında baş verəntoqquşmaya polis müdaxilə edib.Dünən Urumçidə iki nömrəli xəstəxananın yaxınlığında toplaşan uyğurnümayişçilər isə iğtişaşlar vaxtı həlak olanların cəsədlərinin onların ailələrinə verilməsinitələbediblər.

“Nyu-York Tayms” qəzeti isə yazır ki, Urumçiyə hökumətintəşkil etdiyi səfərdə iştirak edən jurnalistlər, ərləri və qohumlarının aqibətini öyrənmək tələbiylə qadınların təşkil etdikləri etiraz nümayişi zamanı Çindəon illərdən bərietnik zəmində baş verən ən iri miqyaslı iğtişaşların nə dərəcədə narahatlıq yaratdığınınşahidi olublar.“Nyu-York Tayms”ın müxbiri Edvard Vonqun yazdığına görə Urumçidə 26 yaşlı bir qadın ona deyib ki, Çin hakimiyyəti onların həyat tərzinəhörmət etmir, onlar şərəf və ləyaqətlə yaşamaq, ədalət və bərabərlik istəyirlər. Qəzetdə yazılır ki,yerli sakinlərin və xarici alimlərin dedikləri və regionla bağlı son araşdırmaların nəticələrigöstərir ki, uyğurlar öz mədəniyyət vəhəyattərzlərinin Çindəki hakim etnik qrup olan Han Çinlilərinintəzyiqi altında boğulduğundan narahatdırlar.

XS
SM
MD
LG